Məşhur müğənnidən etiraf:
    • Bu gün, 14:18
    • 189

Məşhur müğənnidən etiraf: "Küçə süpürüb, pilləkənləri silmişəm"

Rusiyalı məşhur müğənni Olqa Buzova məşhurlaşmamışdan öncə pul qazanmaq üçün gördüyü işlərdən danışıb. 

News24.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ifaçı yaşayışını təmin etmək üçün pilləkənləri yuduğunu, küçələri süpürdüyünü etiraf edib. Buna səbəb isə anasının ona verdiyi pulun çatmamsı olub. 

O.Buzovanın məktəb illəri də asan keçməyib. 

İfaçı məktəb direktoru ilə son dərəcə düşmən münasibətdə olduğunu bildirib və nəticədə məzuniyyət mərasimi zamanı ona attestatını atıb. 

Qeyd edək ki, Olqa Buzova 2004-cü ildə “Dom-2” layihəsi ilə məşhurlaşıb. Buzova müğənnilik fəaliyyətinə 2011-cildə başlayıb.

Teymur Məmmədov