Buzova dağlarda yoxa çıxdı - Helikopterlə...
    • 13-08-2022, 11:27
    • 401

Buzova dağlarda yoxa çıxdı - Helikopterlə...

Rusiyalı məşhur müğənni və aparıcı Olqa Buzova helikopterlə dağlara səfəri zamanı yoxa çıxıb.

News24.az "StarHit"-ə istinadən xəbər verir ki, ifaçı ilə bir gündür əlaqə saxlamaq mümkün olmayıb. 

Olqa Buzovanın PR meneceri Anton Boqoslavski onun yoxa çıxması ilə bağlı yayılan şayiələrə münasibət bildirib. O, sözügedən məlumatı təsdiqləyib.

Qeyd edək ki, Soçidə dincələn Buzova "Instagram" hesabında paylaşım edərək helikopterlə dağlara getdiyini açıqlayıb.

O, səyahətdən əvvəl bir müddət telefon və internetdnən uzaq olacağına da eyham vurub.