-
- 20-10-2024, 03:13
- 612
Yeni kəşf: Xərçəng hüceyrələrini öldürən bakteriyalar tapıldı
Aparılan yeni araşdırma baş və boyun xərçəngləri ilə bağlı ümidverici tapıntılar təqdim edib. Məlum olub ki, ağız və diş əti xəstəlikləri ilə əlaqəli bir bakteriya xərçəng hüceyrələrinin 99 faizini məhv edib.
News24.az publika.az-a istinadla xəbər verir ki, tədqiqatlar müalicə üsullarını təkmilləşdirmək və xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün daim yeniliklər təqdim edir. Bu sahədə ən son inkişaflardan biri baş və boyun xərçənginə təsirləri ilə bağlı olduqca diqqətəlayiq və gözlənilməz bir kəşfdir.
Elm adamları “Fusobacterium” adlı bakteriyanın baş və boyun xərçəngi ilə əlaqəli hüceyrələrin 99 faizinə qədərini öldürə biləcəyini və xəstələrə daha yaxşı nəticələr təqdim etdiyini aşkar ediblər. Bu bakteriyaların baş və boyun xərçənglərində ölüm riskini 65 faiz azaltdığı müəyyən edilib.