-
- 1-10-2024, 15:14
- 569
DİQQƏT: Səhər edilən bu səhv xərçəng riskini ARTIRIR
Alimlər tərəfindən aparılan bir araşdırma, səhərlər etdiyiniz bir şeyin xərçəng riskinizi əhəmiyyətli dərəcədə artırdığını ortaya qoyub. Tədqiqatlar göstərir ki, bədəninizin müəyyən bir sahəsini təmizləməsəniz, iki növ xərçəngə tutulma riskiniz arta bilər.
News24.az xəbər verir ki, bu səbəbdən ağız və diş sağlamlığının təmizlənməsi çox vacibdir. Səhər oyandığınız zaman dişlərinizi təmizləməyə tələsirsinizsə və ya dişlərinizi heç fırçalamırsınızsa, xərçəngə tutulmasanız belə, diabet və yüksək təzyiqə tutulma riskinizi artırır.
Karsinoma kimi bir xərçəng növü ağızdakı bakteriyalarla əlaqəlidir və bu da diş əti xəstəliyinə səbəb ola bilər.
Professor Richard Hayes, xərçəng riskini minimuma endirmək üçün yaxşı ağız gigiyenasının vacib olduğunu izah edib. Buna görə də dişlərinizi fırçalayarkən tələsməməyiniz sağlamlığınız üçün vacibdir.
Dişlərinizi fırçaladıqdan sonra diş ipi yalnız periodontal xəstəliklərin qarşısını almaqla yanaşı, baş və boyun xərçəngindən də qoruya bilər.
Günel Məlikzadə