İsrail ordusundan Tehran sakinlərinə TƏCİLİ XƏBƏRDARLIQ
    • 20-10-2024, 19:38
    • 507

İsrail ordusundan Tehran sakinlərinə TƏCİLİ XƏBƏRDARLIQ


İsrail ordusunun sözçüsü Tehran sakinlərinə fars dilində açıqlama verərək, təcili təxliyə çağırışı edib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, açıqlamada deyilir:

"İnqilab Keşikçiləri (SEPAH) terror təşkilatının üzvləri sizin yaşadığınız ərazidə gizləniblər. Tezliklə İsrail Müdafiə Qüvvələri (İDF) təhlükəni zərərsizləşdirmək üçün ərazidə əməliyyatlara başlayacaq. Tehran sakinləri İnqilab Keşikçiləri ilə əlaqəli yerlərdən uzaq durmalı və əlavə təlimatları gözləməlidirlər".

Bu mesajda mülki əhalinin diqqətli olması tövsiyə edilir.