-
- 13-04-2024, 23:40
- 376
TƏCİLİ! Müharibə təhlükəsi artır
İsrail məktəblərində tədris müvəqqəti dayandırılır.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Müdafiə Qüvvələri məlumat yayıb.
Məlumatda qeyd olunub ki, İsrail İrandan gələn təhlükələrə qarşı havada, quruda və dənizdə təhlükəsizliyi gücləndirir.
Xatırladaq ki, İsrail ordusu aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunun binasına hava hücumu həyata keçirib. Hadisə nəticəsində İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) ikisi general olmaqla 7 üzvü həlak olub. Hücumdan sonra İran cavab addımı atacağına söz verib. İranın dini lideri Ayətullah Əli Xameneinin baş müşaviri Yəhya Rəhim Səfəvi deyib: “Sionist rejimin səfirlikləri artıq təhlükəsiz deyil”.