Rusiyadan İrana demarş: Bu əraziləri boşaldın!
    • 20-10-2024, 21:20
    • 935

Rusiyadan İrana demarş: Bu əraziləri boşaldın!


Suriyada Rusiya hərbçiləri ilə SEPAH nümayəndələri arasında fikir ayrılığı artıb.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Əş-şark əl-Avsat” qəzeti çıxış edib.

­­Məlumata görə, ruslar SEPAH-dan Suriyanın Deyr-əz-Zor şəhərini tərk etmələrini tələb ediblər.

Qəzet Rusiya tərəfinin belə tələb irəli sürməsinin səbəbini açıqlamayıb.  Bununla belə yerli mətbuat bir müddət əvvəl Suriya hökumətinin Rusiyanın dəstəyi ilə İrana bağlı qrupların Qolan təpələrindəki fəaliyyətini məhdudlaşdırdığını yazıb. Buna səbəb Dəməşqin İsrail aviazərbələrindən yayınmaq istəyi olub.

Nəşr yazır ki, Suriya hökumətinin hazırkı mövqeyi SEPAH və “Hizbullah”da narazılıq yaradıb.

Qeyd edək ki, bir müddət əvvəl İran mətbuatı da Bəşər Əsədin İrandan uzaqlaşmasına diqqət yetirib. Xüsusilə müxalif İran mətbuatı Əsədin İrandan uzaqlaşmasının Xamenei və SEPAH-ı qəzəbləndirdiyini bildirib.