Mərc həvəskarlarını məyus edən qol - Böyük pullar yenə...
    • Bu gün, 01:30
    • 98

Mərc həvəskarlarını məyus edən qol - Böyük pullar yenə...


İngiltərə Premyer Liqasının 8-ci turunun dramatik qarşılaşması baş tutub. 

News24.az xəbər verir ki, "Vulverhempton" evdə "Mançester Siti"ini qəbul edib. İlk qolu "Vulverhempton"un futbolçusu Larsen 7-ci dəqiqədə açıb. 

33-cü dəqiqədə isə "Şəhərlilər"dən Qvardiol hesabı bərabər edib. 

Oyun daha sonra maraqlı və "Mançester Citi"nin üstünlüyü şəraitində keçib, ancaq "Vulverhempton"da çox gözəl mudafiə olunub. Sosial şəbəkələrdə mərc həvəskarları bildirib ki, oyunun bu tempdə keçəcəyini görüb görüşün bərabər bitəcəyi mərcini ediblər.

Matçın bitməyinə 30 saniyə qalmış "Mançester Citi"nin futbolçusu Stones qələbə qolunu vurub. 

Beləliklə mərc həvəskarlarının kuponları uduzub. 

Qeyd edək ki, hesabına növbəti xalları yazıram "Mançester Citi" turnir cədvəlində ikinci pilləyə yüksəlib. 

Ağa