Qazi hakimimiz Avropa  Çempionatına təyinat aldı
    • Bu gün, 10:20
    • 103

Qazi hakimimiz Avropa Çempionatına təyinat aldı


FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.

News24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 10-cu qrupunun oyunlarında hakimlər briqadasında yer alacaq.

Ədalət təmsilçisi oktyabrın 23-də İsveçrə - Moldova matçında dördüncü, oktyabrın 26-da İsveçrə - Monteneqro və oktyabrın 29-da Moldova – Monteneqro görüşlərində baş hakim olacaq.

Vüsal Məmmədov isə həmin qarşılaşmalarda köməkçi hakim funksiyasını yerinə yetirəcək.