Müdir namaza getdi, işçilər 7 MİLYONLUQ OĞURLUQ ETDİ
    • 21-10-2024, 12:20
    • 404

Müdir namaza getdi, işçilər 7 MİLYONLUQ OĞURLUQ ETDİ

Türkiyədə tekstil firmasının müdiri işçiləri tərəfindən soyulub. 

News24.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə Adanada yaşanıb. 

İşçilər Mustafa Nama və Əhməd əl-Hüseyn bir il ərzində müdirləri və iş yoldaşlarının cümə namazına getdikləri saatlarda təxminən 7 milyon lirə dəyərində 500 rulon parçanı oğurlayıblar. 

Məsələdən xəbərdar olan şirkət rəhbəri işçilərindən polisə şikayət edib. 

Şübhəli səxlər saxlanılıblar. 

Polis bölməsindəki prosedurlardan sonra ədliyyəyə sövq edilən Mustafa Nama və Əhməd əl-Hüseyn məhkəmədə həbs edilib. Parçaların bir qismi tapılaraq sahiblərinə təhvil verilib.

Teymur Məmmədov