Kürəyindəki səpgilərin sızanaq olduğunu düşündü, həqiqəti öyrənəndə şoka düşdü
    • 21-10-2024, 20:52
    • 637

Kürəyindəki səpgilərin sızanaq olduğunu düşündü, həqiqəti öyrənəndə şoka düşdü

Ben Kollinz əvvəlcə kürəyindəki qaşınma qabarının sızanaq olduğunu düşünsə də, həkimlər bunun göbələk infeksiyası olduğunu və narahat olmağa heç bir səbəb olmadığını söyləyib. 

News24.az xəbər verir ki, sonrakı günlərdə Kollinsin sağ döşündə kütlə əmələ gəlib və gəncin xərçəng olduğunu üzə çıxarıb.

“Marginal zona lenfoması – limfatik sistemin xərçəngi” diaqnozu qoyulan 24 yaşlı Ben Kollinz həmin gündən bəri 7 dəfə radioterapiya alıb. Müalicə prosesində əqli cəhətdən yorğun olması ilə yanaşı, maddi sıxıntıları da olduğunu deyən Kollinz, hazırda xərçəng xəstəsi olan gənclərin daha yaxşı maddi şəraitdə müalicə ala bilməsi üçün bir xeyriyyə təşkilatı ilə kampaniya aparır.

Belindəki şişkinliyin əvvəlcə ağcaqanad dişləməsi kimi göründüyünü deyən Kollinz, “Qırmızı və şişkin idi. Daim qaşınırdı. Həkimlər bunun qaşqabaq olduğunu düşündülər və müalicə etmək üçün mənə steroid verdilər, lakin bu problemi həll etmədi. Başqa bir səhiyyə işçisi bunun döymələrə qarşı allergik reaksiya ola biləcəyini söylədi. Sinəmdəki kütləyə görə xəstəxanaya gedəndə məlum oldu ki, xərçəng xəstəsiyəm".

Ben Kollinz aldığı radioterapiya seanslarından sonra kütlənin azaldığını, yoxa çıxdığını və indi özünü daha yaxşı hiss etdiyini açıqlayıb.

Qeyd edək ki, nadir və yavaş böyüyən xərçəng növü olan "marginal zona lenfoması" limfa sisteminə, bütün bədənə yayılmış damarlar və bezlər şəbəkəsinə təsir göstərir. Böyük Britaniyada hər il 13 mindən çox insana 'qeyri-Hodgkin lenfoma' diaqnozu qoyulur. Bu xəstəliyə daha çox 50 yaşdan yuxarı insanlarda rast gəlinir. Məlumdur ki, ən çox rast gəlinən simptom limfa düyünlərində ağrısız şişkinlikdir, adətən boyun, qoltuqaltı və ya qasıq nahiyəsində yerləşir.

Günel Məlikzadə