-
- 25-07-2024, 10:02
- 189
Xərçəng olduğunu düşündülər - AMMA...
Xarici mətbuatın məlumatına görə, Çinin şərqindəki Zhejiang əyalətində 54 yaşlı Xu davamlı öskürək üçün dərman istifadə edib və bitki mənşəli müalicəyə müraciət edib.
News24.az xəbər verir ki, tətbiq etdiyi üsullara baxmayaraq heç bir yaxşılaşma əlaməti göstərməyən Xu şikayəti davam etdiyi üçün xəstəxanaya getməyə qərar verib.
Müayinələr nəticəsində həkimlər Xunun sağ ağciyərində təqribən 1 santimetrlik kütlə müşahidə edib və bunun bədxassəli şiş ola biləcəyi ehtimalını nəzərdən keçiriblər.
Həkimlər ağciyər toxumasından bir parça götürüblər və xərçəng ola biləcəyini düşündükləri Xuya tam diaqnoz qoymaq üçün testlər aparıblar.
Testlər nəticəsində həkimlərin bədxassəli şiş olduğunu düşündüyü kütlənin acı bibər parçası olduğu anlaşılıb.
2 il əvvəl yemək yeyərkən boğazına bir tikə bibər ilişdiyini və şiddətlə öskürdüyünü xatırlayan Xunun yaşantıları Çində sosial media platformalarında böyük marağa səbəb olub.
Məryəm İlhamqızı