Əvvəlcə bıçaqlandı, sonra qəza keçirdi
    • 21-10-2024, 22:36
    • 241

Əvvəlcə bıçaqlandı, sonra qəza keçirdi

Türkiyədə Muhammet Oğuzhan Yaşar (18) və B.B. yolda mübahisə etməyə başlayıb. Mübahisə davaya çevrildikdən sonra B.B Muhammet Oğuzhan Yaşarı bıçaqlayaraq ona xəsarət yetirib.

News24.az xəbər verir ki, yaralı Muhammet Oğuzhan Yaşar avtomobilinə minərək hadisə yerini tərk edib. Yaşar huşunu itirməsi nəticəsində Akkonak küçəsində dayanmış 3 avtomobilə çırpılıb.

Yaşar ətrafdakı vətəndaşların xəbəri üzərinə təcili yardımla xəstəxanaya aparılaraq müalicə altına alınıb. Burada edilən bütün müdaxilələrə baxmayaraq, Yaşarı xilas etmək mümkün olmayıb və həyatını itirib.

Qeyd edək ki, saxlanılanların sayının 9-a yüksəldiyi öyrənilib. Hadisə ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə