-
- 22-10-2024, 21:56
- 304
Deyir, pulum yoxdur, bahalı maşında gəzir, cangüdəni var
“Azərbaycandakı partiyalardan bir qrupu hesabat vermir. Qanunvericilikdə var ki, partiya hesabat vermirsə, məhkəmə qaydasında buna baxılmalıdır, hətta partiyanın ləğv olunmasına qədər gedib çıxmalıdır”.
News24.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov “Siyasi partiyalar haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, qanun qəbul ediləndən indiyə qədər AXCP və digər bir neçə partiya Mərkəzi Seçki Komissiyasına heç bir maliyyə hesabata verməyib:
"Qalan partiyalar isə hesabatlarının qarşısında 0 rəqəmini yazırlar. Yəni heç bir vəsait daxil olmayıb. Belə olduqda sual yaranır ki, müəyyən partiyaların rəhbərləri 20 ildir işləmir, onlar hansı vəsaitlə yaşayırlar, cangüdən saxlayırlar, ən bahalı maşınlarda gəzirlər. Onlar niyə hesabat vermirlər? Əgər şəffaflıqdan danışırıqsa, bu məsələlər ən böyük şəffaflıqdır".