Öldüyü düşünülən körpə cənazədə tərpəndi
    • 22-10-2024, 21:43
    • 518

Öldüyü düşünülən körpə cənazədə tərpəndi

Braziliyanın Correia Pinto şəhərində dəfn mərasimi zamanı tabutunda hərəkət edən 8 aylıq Kiara Crislayne de Moura dos Santos təcili olaraq xəstəxanaya aparılıb. Amma təəssüf ki, edilən müdaxilələrə baxmayaraq körpəni xilas etmək mümkün olmayıb.

News24.az “The Mirror”a istinadən xəbər verir ki, Kiara oktyabrın 19-da Faustino Riscarolli xəstəxanasına aparılıb. Həkimlər onun nəfəs almadığını və ürək döyüntüsünün olmadığını müəyyən edib və ailəsinə onun ölümü ilə bağlı məlumat verilib. Ölüm xəbərindən cəmi iki saat sonra körpənin cəsədini morqdan götürərək dəfn üçün hazırlıqlara başlayıb.

Dəfn mərasimi axşam saat 19:00-da başlayıb. Kədərli ailə başsağlığı verərkən bir iştirakçı Kiaranın tabutda hərəkət etdiyini görüb. Mərasim dayandırılıb, qohumu körpənin yanına qaçıb və Kiaranın ona uzadılan əlindən bərk-bərk tutduğunu görüb.

Hadisə yerinə çağırılan tibb qrupları Kiaranın hələ də nəbzini olduğunu, körpənin isə 16 saat sonra öldüyü xəstəxanaya aparıldığı bildirilib.

Yerli mətbuatda yer alan xəbərlərə görə, körpənin oksigenlə doyma səviyyəsi 84% olub, o, aparıldığı xəstəxananın reanimasiya şöbəsinə aparılsa da, ürəyinin yenidən dayandığı açıqlanıb.

Günel Məlikzadə