İkardi zirvəyə doğru irəliləyir
    • 24-10-2024, 23:34
    • 519

İkardi zirvəyə doğru irəliləyir

Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda keçirilən "Elfsborq"la matç "Qalatasaray"ın futbolçusu Mauro İkardi üçün əlamətdar olub.

News24.az QOL.az-a istinadla xəbər verir ki, 31 yaşlı hücumçu sözügedən görüşdə fərqlənib. Bu, onun "Qalatasaray"ın heyətində vurduğu 61-ci qol olub.

İkardi İstanbul təmsilçisinin sabiq futbolçusu Milan Baroşa çatıb və klubun ən çox qol vuran legionerlərinin sıralamasında 2-ci yerə yüksəlib. Hazırda argentinalı forvard yalnız 72 qol vuran Georgi Hacidən geri qalır. 

Qeyd edək ki, İkardi 2022-ci ilin sentyabrından "Qalatasaray"da oynayır. O, bu mövsüm 12 matça çıxıb, 6 qol vurub və 2 qolun ötürməsini verib.

Xatırladaq ki, "Qalatasaray" ötən gün "Elfsborq"a 4:3 hesabı ilə qalib gəlib.