-
- 24-10-2024, 23:15
- 407
Covid-19 epidemiyası kişilərin ömrünü qısaldıb
Yeni rəsmi rəqəmlərə görə, Covid-19 epidemiyası səbəbindən kişilərin ömrü 6 ay, qadınlarınki isə 3 ay azalıb.
News24.az xəbər verir ki, Milli Statistika İdarəsinin (ONS) verdiyi açıqlamada İngiltərə və Uelsdə doğulan uşaqların orta hesabla 79, qadınların isə 83 il yaşayacağı açıqlanıb. Məlumata görə, pandemiyadan əvvəlki dövrlə müqayisədə bu müddət kişilər üçün 26 həftə, qadınlar üçün isə 13 həftə azdır.
Mütəxəssislər son illərdə gözlənilən ömür uzunluğunun qısalmasını Covid-19 ilə əlaqələndirərkən, ürək xəstəlikləri, xərçəng və diabet nisbətlərinin artmasının da bu vəziyyətdə təsirli ola biləcəyini ifadə edib.
Araşdırma qrupunun bir parçası olan Dr. Liz Fisher, ''Son illərdə gözlənilən ömür uzunluğunun artması ümidverici idi, lakin pandemiyadan sonrakı dövr xüsusilə kişilərin əleyhinə oldu. Lakin mən deyə bilərəm ki, hər iki cins dünyanın bütün qeyri-sağlam şərtlərinə baxmayaraq uzun yaşayır".
Gümel Məlikzadə