Millinin gənc futbolçusu VƏFAT ETDİ - FOTO
    • 25-10-2024, 13:21
    • 1 005

Millinin gənc futbolçusu VƏFAT ETDİ - FOTO

Mərakeş yığmasının sabiq futbolçusu Əbdüləziz Barrada 35 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə onun keçmiş klubu PSJ-nin mətbuat xidməti məlumat yayıb.

Barradanın ölüm səbəbi ürəktutması olub. Fransa Liqa 1-nin növbəti turunda PSJ ilə "Marsel" arasında keçiriləcək matçdan öncə sabiq yarımmüdafiəçi üçün bir dəqiqəlik sükut planlaşdırılır.

Qeyd edək ki, Ə.Barrada 2013-cü ildə Afrika Millətlər Kuboku və 2012-ci il London Yay Olimpiya Oyunlarında Mərakeş yığmasının formasını geyinib. PSJ ilə yanaşı, Fransada "Marsel", Türkiyədə "Antalyaspor" klublarında çıxış etmiş mərakeşli futbolçu karyerasını 2021-ci ildə başa vurmuşdu.