Azərbaycanlı usta şaurmanı bəyənməyən müştərini bıçaqla qovdu
    • 1-12-2023, 15:50
    • 115

Azərbaycanlı usta şaurmanı bəyənməyən müştərini bıçaqla qovdu

Moskvada bir şaurma ustası etiraz edən müştərini bıçaqla təqib edib.

News24.az Lent.az-a istinadən xəbər verir ki, hadisə axşam saat 10 radələrində Taqankada baş verib. Gənc oğlan 24 saat işləyən müəssisəyə gələrək pita çörəyinə bir az ət tökməyi xahiş edib. Müştəri elə zənn edib ki, satıcı şaurmanı ürəkdən hazırlamayıb.

27 yaşlı Novruz əsəbiləşib və stolun üstündən bıçaq götürərək, müştərinin arxasınca qaçıb. Onu yol boyu kəsməklə hədələyib.

Novruzu polislər yaxalayıb və əlindən bıçağı alıblar. Həmin şəxs şöbəyə aparılıb.

Qeyd edək ki, Novruzun azərbaycanlı olduğu bildirilir.