Trampın xanımı ölkəni şoka saldı - “Bu gözəl qadın...”
    • Dünən, 21:37
    • 240

Trampın xanımı ölkəni şoka saldı - “Bu gözəl qadın...”

ABŞ-ın keçmiş birinci xanımı Melaniya Trampın ərinin Nyu-Yorkda keçirilən mitinqində səhnəyə çıxması ictimaiyyəti şoka salıb .

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Nyu-York Post” yazır.

Nəşr bildirir ki, Melaniya indiyədək yenidən prezidentliyə namizəd olan həyat yoldaşı Donald Trampın seçki kampaniyası zamanı heç vaxt danışmayıb, yalnız arabir şəxsi tədbirlərdə iştirak edib.

Pensilvaniyada ərinə qarşı sui-qəsddən sonra Miluoki şəhərində keçirilən mitinqə belə qatılmamışdı.

Nyu-Yorkda ictimaiyyət qarşısına çıxan Melaniya izdihamın alqışları qarşısında son illərdə şəhərdə həyat standarlarının aşağı düşməsindən danışıb.

Gur alqış sədaları altında səhnəyə çıxan Donald Tramp həyat yoldaşını qucaqlayaraq öpüb.

“Gözəl qadınım bizə qoşulduğuna görə xoşbəxtik”, - prezidentliyə namizəd qeyd edib.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Demokratlar Partiyasını vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə Donald Tramp təmsil edəcək.