Səkkiz yaşlı uşaq pəncərədən YIXILDI - Böyük qardaşı...
    • 28-10-2024, 17:59
    • 355

Səkkiz yaşlı uşaq pəncərədən YIXILDI - Böyük qardaşı...

Fransada səkkiz yaşlı uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılıb. 

News24.az xəbər verir ki, bu barədə France Bleu məlumat yayıb.

Hadisə ötən gün İzer departamentinin Vilfonten şəhərində baş verib. Bazar günü səhər saatlarında Kal-Am-Men küçəsində bir oğlan evin pəncərəsindən yıxılıb. Yıxılma nəticəsində nəfəsi dayanıb. O, ağır xəsarətlər alıb.

Polis tezliklə hadisədə əli olmaqda şübhəli bilinən zərərçəkənin böyük qardaşını həbs edib. 

Təqsirləndirilən şəxsin niyə kiçik qardaşından qurtulmaq qərarına gəldiyi hələ də aydın deyil.

Faktla bağlı araşdırma aparılır.

Məryəm İlhamqızı