-
- 29-10-2024, 16:35
- 319
Dubay şokoladının ixtiraçısı danışdı - Hamiləliyi fürsətə çevirdi
`Artıq 2024-cü ilin ən məşhur yemək trendlərinə daxil olan Dubay şokoladı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bir butik şokolad mağazasına məxsusdur.
News24.az xəbər verir ki, qida fenomeni Maria Vehera TikTok-da onu nəzərdən keçirdikdən sonra ingilis məzmunu arasında viral halına gələn şokolad daha sonra bütün dünyaya yayılıb.
Maria Veheranın videosunun altında Dubay şokoladı ilə bağlı minlərlə şərh yazılıb.
Bəs bu şokoladı kim və necə tapıb?
9 ildir Dubayda yaşayan britaniyalı misirli Sara Hamouda hamiləlik dövründə həddindən artıq şokolad asılılığı yaşayıb. Sarah Hamouda həmin vaxt yediyi şokoladın heç birinin ona çatmadığını bildirib. 38 yaşlı Sarah Hamouda da sosial şəbəkədə paylaşdığı müsahibədə şokoladlardan birinin hazırlanmasında paxlavadan ilham aldıqlarını bildirib.
Hamouda, "Niyə Dubay?" sualına “Duabi imkanlar diyarıdır” cavabını verib.
Hamouda indi həyat yoldaşı ilə birlikdə evdə, kirayə götürdüyü mətbəxdə 10 nəfərlik komanda ilə hazırladığı şokoladları hazırlayır və dünyanın hər yerindən mesajlar alır.
Günel Məlikzadə