-
- 29-10-2024, 17:25
- 290
14 yaşlı qız pizzadan öldü
Romada 14 yaşlı qız pizza yedikdən 15 dəqiqə sonra ölüb.
News24.az Milli.Az-a istinadən xəbər verir ki, ailəsiylə Romada istirahətdə olan 14 yaşlı britaniyalı qızın pizza yedikdən sonra halı pisləşib.
Nəfəs almaqda çətinlik çəkən qızın allergiya səbəbindən halının pisləşdiyi məlum olub.
Xəstəxanadan bildirilib ki, allergiyaya səbəb pizzada olan fıstıq olub.
Gənc qız xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.