Bu günə toyu təyin edilmişdi: Qəbələdəki faciənin TƏFƏRRÜATI
    • 23-04-2024, 13:03
    • 330

Bu günə toyu təyin edilmişdi: Qəbələdəki faciənin TƏFƏRRÜATI

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. 

News24.az Oxu.Az-a istinadla bildirir ki, canına qəsd edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən həyatına son qoyduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.