-
- 30-10-2024, 18:06
- 287
Yeni lider Kasım: Müharibə planımızı davam etdirəcəyik
Livan H*zbullahının yeni lideri Naim Kasım baş katib kimi ilk çıxışını edib.
News24.az xəbər verir ki, açıqlamalarına İsrail tərəfindən öldürülən H*zbullahın keçmiş lideri Həsən Nəsrullahı xatırladaraq başlayan Kasım, "Mənim gündəmim Nəsrullahın gündəmini hər baxımdan izləməkdir. Döyüş planımızı davam etdirəcəyik" dedi.
O bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu Livanda yeni qəsəbələr salmaq istəyir.
Qəzzanın yanında ürəkdən gələn hisslərlə olduqlarını ifadə edən H*izbullah lideri, "Müqavimətimiz İsrailin layihələrinin qarşısını aldı və hələ də buna qadirik. Gözləsəydik, hər şeyi itirə bilərdik" dedi.
"Ən yaxşı müdafiə hücumdur" düşüncəsi ilə hərəkət etdiklərini ifadə edən Kasım çıxışını belə davam etdirdi:
"Bu, İsrail-Amerika və Avropa güclərinin dünyaya açdıqları müharibədir. Onlara boyun əyməyimizi və nəzarət etməyimizi istəyirlər. Bizim gələcək nəsillərimiz uşaq və qadın hüquqlarından danışırlar, amma onların dediklərinin hamısı yalan, iddiadır”.
Günel Məlikzadə