"İsraili torpaqlarımızdan qovacağıq"
    • 15-10-2024, 23:27
    • 513

"İsraili torpaqlarımızdan qovacağıq"

Livandakı Hizbullah hərəkatının iki nömrəli adı kimi tanınan baş katibin müavini Şeyx Naim Kasım İsrailə qarşı hücumlarla bağlı açıqlama verib.

News24.az xəbər verir ki, "Keçən həftə İsrailin ağrı hiss etməsi üçün yeni bir hesablama etdik" Kasım dedi.

Hizbullahın İsrailə qarşı hücumlarının legitimliyini vurğulayan Kasım, "İsrail Livanın hər yerinə hücum etdiyi zaman bizim İsrailin istənilən yerinə hücum etmək haqqımız var. İsrailin mərkəzini, şimalını və cənubunu hədəf alacağıq" dedi. 

Yeganə həll yolunun atəşkəs olduğunu bildirən Kasım, şərtlər yerinə yetirilmədikcə, "İsrail ordusunu, qərargahını və kazarmalarını hədəf almağa diqqət edəcəyik" deyə əlavə edib.

Günel Məlikzadə