-
- 31-10-2024, 20:23
- 313
Paraşütü açılmayan qadın yıxılaraq öldü
Braziliyada 40 yaşlı qadının paraşütlə əyləncəsi fəlakətlə bitib.
Boituva şəhərində baş verən hadisədə 40 yaşlı təcrübəli paraşütçü Karolina Kennedi dostları ilə birlikdə paraşütlə hərəkət edib.
News24.az “New York Post”-a istinadən xəbər verir ki, Karolina helikopterdən tullanarkən onun əsas paraşütü açılmayıb.
Təşvişə düşməyən qadın, ehtiyat paraşütü də açılmadıqda yerə çırpılıb.
Paraşütçü hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, Çilili idmançı 2013-cü ildən paraşütçü olub və fizioterapevt kimi çalışıb.
Kennedinin son tullanışını əks etdirən kadrlarda paraşütçünün nəzarətsiz fırlanaraq yıxıldığı görülüb.
Məryəm İlhamqızı