Dünya bu möcüzəni danışır 1,5 km hündürlükdən düşüb sağ qaldı
    • 17-08-2019, 20:30
    • 754

Dünya bu möcüzəni danışır 1,5 km hündürlükdən düşüb sağ qaldı

Kanadanın şərqində 30 yaşlı qadın paraşütdən tullanarkən təhlükə ilə üzləşib.
News24.az xəbər verir ki, "Newsweek"in məlumatına görə, qadının paraşütü açılmayıb. Ehtiyat paraşüt də işləməyib.
1,5 km hündürlükdən meşəyə düşən qadını ağacların budaqlarının arasında tapıblar.
Elə ağaclara ilişməyi də onun həyatını xilas edib.
Hazırda qadın çoxsaylı sınıqlarla xəstəxanadadır.
Yerli hüquq-mühafizə orqanlarının sözlərinə görə, bu, qadının ilk paraşütlə tullanması deyil.
Şahidlərin qadının sağ qalmasını əsl möcüzə adlandırırlar.