-
- 27-06-2019, 13:50
- 1 007
Bakıda qorxunc cinayət – 3 NƏFƏRİ ÖLDÜRMƏK İSTƏDİ
Bakıda 3 nəfəri qətlə yetirməyə cəhd göstərən şəxs barəsində açılan cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
News24.az-ın mlumatına görə, Çesnokov Aleksey Valeriyeviç barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.4-cü, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd maddəsi ilə açılan işin materialları Baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Novruz Kərimovun icraatına verilib.
Qeyd edək ki, məlum hadisə ilə bağlı Şapkina Qalina Valeriyevna, Şapkin Məmməd Gülməmməd oğlu və Mirzəyeva Elmira Əliəddin qızı zərərçəkmiş şəxs qismində tanınıb.
O da məlum olub ki, A.Çesnokov daha əvvəl də ağır cinayət törədib və həmin vaxt Rusiyaya qaçıb. 2010-cu ilin aprelində Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə axtarışda olan Aleksey Çesnokov Rusiya Federasiyasının Tver vilayətində tutulub və Azərbaycana gətirilərək məsuliyyətə cəlb edilib. O, həbsxanadan çıxandan sonra növbəti cinayəti törədib.