-
- 31-10-2024, 14:05
- 3 112
Mərkəzi Bank QƏRAR verəcək: Noyabrın 1-ə diqqət!
Azərbaycan Mərkəzi Bankı (AMB) sabah uçot dərəcəsi ilə bağlı qərarını yenidən nəzərdən keçirəcək.
News24.az Metbuat.az-a istinadla xəbər verir ki, noyabrın 1-də AMB bu il üçün yeddinci faiz dərəcəsi qərarını açıqlayacaq.
Mərkəzi Bankdan verilən məlumata görə, növbəti qərarlar faktiki və gözlənilən inflyasiya göstəriciləri, həmçinin daxili və xarici risk amillərinin dinamikasından asılı olaraq qəbul ediləcək.
Xatırladaq ki, son üç qərarında AMB uçot dərəcəsini sabit saxlayaraq 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, yuxarı həddini isə 8,25% səviyyəsində müəyyən edib.