-
- 31-10-2024, 15:00
- 500
Qara Qarayev: "Çox incidim"
Məni De Byazi ilə görüşdürmədikləri üçün çox incidim.
Bunu "Report"a müsahibəsində Azərbaycan millisinin sabiq üzvü və "Araz-Naxçıvan"ın yeni transfer Qara Qarayev deyib.
32 yaşlı yarımmüdafiəçi yığmanın sabiq baş məşqçisi Canni De Byazi tərəfindən heyətdən çıxarıldıqdan sonra incidiyini söyləyib:
"Baş məşqçi heç bir səbəb olmadan məni heyətdən çıxartdı. Təəssüf ki, mənə qarşı bu addımdan sonra heç kim yanımda olmadı. O, mətbuata açıqlamışdı ki, hər kəs millidə qələbəyə sevinərkən, Qara kənarda dayanmışdı. Bu çox gülünc söhbət idi. Üzüldüyüm məqam o idi ki, bu məsələdən sonra heç kim yanımda olmadı. Onun qərarına təsir edə biləcək insanların dəstəyini görmədim. Bildirmişdim ki, De Byazi ilə görüşmək, söhbət etmək istəyirəm. Hardasa səhvim varsa, özümə desin, mən də ona hər şeyi izah edim. Amma məni onunla görüşdürmədikləri üçün çox incidim".
Qeyd edək ki, Qara Qarayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.