-
- 1-11-2024, 08:29
- 483
"Apple" görün neçə MİLYARD qazandı
ABŞ-ın texnologiya nəhənglərindən olan Apple-ın gəliri hər il 6 faiz artaraq 94,9 milyard dollar olub.
News24.az xəbər verir ki, Apple ötən ilin eyni dövründə təxminən 89,5 milyard dollar gəlir əldə edib.
Apple-ın gəlirləri bazar gözləntilərini üstələyib. Şirkətin xalis mənfəəti eyni dövrdə 35,8 faiz azalaraq 14,7 milyard dollar olub. Şirkət ötən ilin eyni dövründə 22,9 milyard dollar mənfəət açıqlayıb. Apple-ın mənfəətinin azalmasına Avropa məhkəməsinin şirkəti İrlandiyaya 14 milyard dollardan çox vergi ödəməyə məcbur edən qərarı təsir edib.
Qeyd edək ki, Apple-ın səhm başına qazancı da bu dövrdə 1,47 dollardan 97 sentə qədər azalıb.
Günel Məlikzadə