Mark Zukerberq Meta-dan görün neçə MİLYARD QAZANDI
    • 31-10-2024, 10:30
    • 239

Mark Zukerberq Meta-dan görün neçə MİLYARD QAZANDI

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta” bu ilin üçüncü rübü üçün balans hesabatını açıqlayıb.

News24.az xəbər verir ki, buna görə şirkətin üçüncü rübdə gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 19 % artaraq 40,5 milyard dollara çatıb. Meta ötən ilin eyni dövründə 34,1 milyard dollar gəlir əldə edib.

Bu dövrdə şirkətin gəliri bazar gözləntilərindən yüksək olub.

Eyni zamanda, Meta-nın xalis mənfəəti bu ilin üçüncü rübündə 35 faiz artaraq 15,6 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə isə 11,5 milyard dollar mənfəət açıqlayıb.

Şirkətin ötən ilin üçüncü rübündə 4,39 dollar olan səhm üzrə gəliri bu ilin eyni dövründə 6,03 dollara yüksəlib.

Söz mövzusu dövrdə Meta-nın mənfəəti də bazar gözləntilərini üstələyib.

Şirkət, ilin dördüncü rübündə 45-48 milyard dollar arasında gəlir gözlədiyini bildirib.

Günel Məlikzadə