-
- 31-10-2024, 16:44
- 437
"Microsoft" 3 aya görün neçə MİLYARD qazandı
ABŞ-ın texnologiya şirkəti olan Microsoft 3 aylıq balans hesabatını açıqlayıb.
News24.az xəbər verir ki, buna görə şirkətin gəlirləri iyul-sentyabr dövründə keçən ilin eyni dövrü ilə müqayisədə 16% artaraq 65,6 milyard dollara çatıb. Ötən ilin eyni dövründə Microsoft 56,5 milyard dollar gəlir əldə edib.
Bu müddət ərzində şirkətin gəliri bazar gözləntilərini üstələyib.
Qeyd edək ki, eyni dövrdə Microsoft-un xalis mənfəəti 11 faiz artaraq 24,7 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 22,3 milyard dollar olub.
Şirkətin səhm üzrə qazancı bu müddət ərzində 2,99 dollardan 3,30 dollara yüksəlib.
Günel Məlikzadə