Məktəbə bombalı hücum - ölən və yaralananlar var
    • 1-11-2024, 14:33
    • 348

Məktəbə bombalı hücum - ölən və yaralananlar var

Pakistanın Mastunq bölgəsində məktəb yaxınlığında patrul xidməti aparan polis maşınına bombalı hücum təşkil edilib. 

News24.az bu barədə Geo News televiziyasına istinadla xəbər verir. 

Hücumda 7 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.

Partlayış nəticəsində ətrafdakı binalara və avtomobillərə də ziyan dəyib. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Te*rorçuların günahsız tələbələri və məmurları hədəf aldığını bildirən Bəlucistanın baş naziri Buqti, bunun üçün cavab verəcəklərini vurğulayıb.

Qeyd edək ki, İslamabad Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və hücumlarını oradan təşkil etdiyini iddia etsə də, Əfqanıstan administrasiyası bu iddiaları rədd edir.

Məryəm İlhamqızı