-
- 5-09-2024, 10:30
- 276
Əfqanıstan və Pakistan arasında TOQQUŞMA BAŞ VERDİ
Münaqişənin Əfqanıstan təhlükəsizlik qüvvələrinin sərhəddə nəzarət-buraxılış məntəqəsi tikməsi səbəbindən baş verdiyi iddia edilib.
News24.az xəbər verir ki, davam edən qarşıdurmada ağır silahlardan da istifadə edildiyi bildirilib.
Əfqan administrasiyası hələlik məsələ ilə bağlı açıqlama verməsə də, sosial şəbəkələrdəki paylaşımlarda tərəflər arasında gərgin qarşıdurma olduğu görülüb.
Əfqanıstan hökumətləri, o cümlədən hazırkı administrasiya iki ölkə arasındakı sərhəddəki Durand xəttini rəsmi sərhəd kimi qəbul etməyib.
Digər tərəfdən, Pakistan öz ərazisindəki terror aktlarında Əfqanıstanın da mühüm rol oynadığını iddia edib.
Qeyd edək ki, İslamabad administrasiyası ona qarşı mübarizə aparan Pakistan Talibanının (TTP) Əfqanıstanda yerləşdiyini və Əfqanıstan administrasiyasının bu təşkilata qarşı tədbir görmədiyini iddia edir. Əfqanıstan administrasiyası isə Pakistanın iddialarını rədd edir və onların ölkədəki təhlükəsizlik problemləri ilə heç bir əlaqəsi olmadığını iddia edir.
Əfqanıstan və Pakistan arasında sərhəd problemləri davam edərkən, sərhəd mübahisələri səbəbindən iki ölkənin təhlükəsizlik qüvvələri arasında bəzən ölümlə nəticələnən silahlı münaqişələr baş verir.
Məryəm İlhamqızı