Dünyanın ən yaşlı adamının sirri: Yalnız bu 2 qidadan istifadə edib
    • 1-11-2024, 16:04
    • 834

Dünyanın ən yaşlı adamının sirri: Yalnız bu 2 qidadan istifadə edib

Uzun və sağlam bir ömür sürmək üçün gündəlik vərdişlərinizə və xüsusilə qidalanmanıza diqqət etməlisiniz.

News24.az xəbər verir ki, Cənubi Afrikada doğulub boya-başa çatan dünyanın ən yaşlı adamının uzun ömür sürməsinin sirri maraqla qarşılanır.

128 yaşına qədər səhhətində heç bir problemi olmayan və 129 yaşına çatmazdan qısa müddət əvvəl vəfat etdiyi bildirilən Johanna Mazibuko bütün həyatı boyu bu iki qidadan imtina etməyib.

Ömrünün böyük hissəsini təzə süd və yabanı ispanaqdan istifadə etdiyini bildirən Johanna Mazibuko bu yaşa çatmaqda pəhrizinin təsirli olduğunu bildirib.

Onu da qeyd edək ki, uzunömürlülükdə genetik faktorlar böyük rol oynayır. Ancaq həyat tərzinizi sağlam vərdişlərlə dəyişdirsəniz, uzun və sağlam bir ömür yaşaya bilərsiniz.

Günel Məlikzadə