Neftin belə artımı görülmədi – 12 ilin ən yüksək həddinə çatdı
    • 1-11-2024, 17:01
    • 10 043

Neftin belə artımı görülmədi – 12 ilin ən yüksək həddinə çatdı

Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe ölkəsinin gündəlik neft hasilatının son 12 ilin ən yüksək səviyyəsinə çatdığını açıqlayıb.


News24.az xəbər verir ki, Dibeybe sosial media hesabından yaydığı məluamtda Liviyanın hazırkı xam neft hasilatının 1 milyon 363 min barrel olduğunu bildirib.


"Bu rəqəm neft sektorunu inkişaf etdirmək və 2025-ci ilin sonuna qədər (gündəlik) hasilatı 2 milyon barrelə çatdırmaq planımızın bir hissəsidir", - deyə o qeyd edib.


Dibeybe neft hasilatındakı bu artımın Liviya dinarının xarici valyuta qarşısında bahalaşmasına və ölkə iqtisadiyyatının sabitləşməsinə töhfə verəcəyini bildirib.


OPEC-in məlumatlarına görə, Liviya 50 milyard barel neftlə Afrikada ən çox neft ehtiyatına malik ölkədir, lakin bölünmə və siyasi qeyri-sabitlik səbəbindən müxtəlif vaxtlarda neft yataqları bağlanır və hasilatda fasilələr yaranır.


Aynurə