-
- 27-06-2019, 16:59
- 1 729
Bakıda oğuldan anasına qarşı İYRƏNC HƏRƏKƏT
Bakıda anasını qətlə yetirmiş şəxs barəsindəki cinayət işinin materialları məhkəməyə göndərilib.
News24.az-ın məlumatına görə, bu ilin fevral ayında Nərimanov rayonunda anası Müslümova Naylə Əzim qızını öldürən 26 yaşlı Eldar Müslümov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.11-ci, yəni, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə maddəsi ilə açılan iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlham Mahmudovun icraatına verilib.
İstintaq zamanı məlum olub ki, gənc oğlan anasına hədə-qorxu gələrək ondan pul tələb edib. Buna nail ola bilməyən Eldar yeganə ailə üzvü olan anası Nailəyə zərbələr endirərək onu qətlə yetirib. Saxlanılan şəxsin verdiyi ifadəyə görə, o, stulla anasının sinə nayihəsinə zərbə endirib. Qadın zərbənin təsirindən yıxılıb və başı divara dəyib.
Törətdiyi hadisədən dərhal sonra E.Müslümov mənzilin qapısını bağlayaraq, hadisə yerindən qaçıb. Fevralın 19-u, 16:00 radələrində anasının sağ qaldığı ümidi ilə evə geri dönüb, təcili tibbi yardım çağırıb. Ancaq həkimlər onun öldüyünü deyib. Çox keçmədən cinayət yerinə polis əməkdaşları gəlib.
İlkin araşdırma nəticəsində müəyyən edilib ki, oğulla ana arasında mübahisə smartfona görə düşüb. E.Müslümov arzuladığı mobil telefonu alması üçün anasından pul istəyib, qarşı tərəf isə razı olmayıb. Evdə onlardan başqa heç kim yaşamayıb.