3 mərtəbəli bina uçdu: ölənlər var
    • Bu gün, 12:28
    • 137

3 mərtəbəli bina uçdu: ölənlər var

Nigeriyanın paytaxtı Abucada 3 mərtəbəli binanın uçması nəticəsində 7 nəfər həyatını itirib.

News24.az xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (NEMA) baş meneceri Abdulrahman Mohammed, verdiyi açıqlamada Abujanın Sabon Lugbe bölgəsində 3 mərtəbəli binanın çökdüyünü söyləyib.

Dağıntılar altında qalan 7 nəfərin cəsədinin tapıldığını qeyd edən Mohammed, 2 yaralının da dağıntılar altından çıxarıldığını bildirib.

Mohammed hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Məryəm İlhamqızı