-
- 29-08-2024, 12:25
- 431
Qalatasaray-da Musleranı gözləyən təhlükə
"Qalatasaray"ın təcrübəli qapıçısı Fernando Muslera UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda "Yanq Boyz"un qolundan sonra Virjiniusa zərbə endirdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulub.
News24.az xəbər verir ki, bu hadisələrdən sonra 87-ci dəqiqədə 10 nəfər qalan sarı-qırmızılılar matçın sonunda Çempionlar Liqasına vəsiqə şansını itirib.
UEFA-nın görüntülərə görə uruqvaylı qolkiperə 3-4 oyunluq cəza verə biləcəyi qeyd edilib.
Bildirilib ki, Muslera cəzalı olsa, Avropa Liqasında 3-4 oyunu qaçıracaq.
Günel Məlikzadə