-
- 4-11-2024, 09:31
- 351
28 ilin ən güclü yağışı - İspanlardan krala SƏRT reaksiya
İspaniya son onilliklərin ən pis seli ilə mübarizə aparır.
News24.az TRT-yə istinadən xəbər verir ki, son 28 ilin ən güclü yağışı Valensiyada qeydə alınıb. Yağışa hazırlıqsız qalan rayon sakinləri binaların zirzəmilərində və aşağı mərtəbələrində sıxılmış vəziyyətdə qalıblar.
İspaniyanın Baş naziri Pedro Sançes, daşqın bölgəsinə ümumilikdə 5 min əsgərin göndəriləcəyini açıqlayıb. Helikopterlərin daşınması üçün əsgərlərlə yanaşı, İspaniya donanmasının gəmisi də təyin olunacaq.
Baş nazir Sançes, "Bu hərbi yerləşdirmə ölkəmizdə indiyə qədər təhlükəsizlik qüvvələri və silahlı qüvvələr bölmələrinin ən böyük yerləşdirilməsidir" deyib.
Eyni zamanda, Valensiya yaxınlığındakı Bonaire Ticarət Mərkəzində həyəcanlı görüntülər qeydə alınıb.
Britaniyanın "The Sun" qəzetinin məlumatına görə, hadisə şahidi "Maşını yeraltı avtoparkdan çıxaracaq qədər şanslı idim. Çıxdığım zaman avtoparkda insanlar və 30-a yaxın avtomobil var idi. Qrupların suyu boşaldanda nə tapacaqlarını düşünmək məni qorxudur” deyib.
Ticarət mərkəzində çalışan işçilər bildiriblər ki, daşqın günü qırmızı həyəcan səbəbindən mərkəzdə həmişəkindən az adam olub. Lakin onlar hələ də su altında qalan insanların sayının yüzlərlə olduğunu təxmin edirlər.
Onu da qeyd edək ki, Valensiya bölgəsində insanlar bəzi rayonlara səfərə gedən Kral VI Felipe, baş nazir Pedro Sançesə və Valensiya muxtar hökumətinin başçısı Karlos Mazona etiraz ediblər.
Seldən ən çox zərər görən Valensiya şəhərinin Paiporta bölgəsinə gedən kral ailəsi və siyasətçilər xalqdan gələn reaksiyalardan sonra qısa müddətdə bölgəni tərk etməli olub.
Böyük reaksiyalar alan Kraliça Letizia və Baş nazir Sançes dərhal maşınlara minərkən, xalqla dialoq qurmağa çalışan Kral VI Felipe və Valensiya muxtar hökumətinin başçısı Mazon çətin anlar yaşayıb.
Günel Məlikzadə