-
- 28-05-2024, 12:13
- 544
Sançes: Fələstin dövlətini tanıyacağıq
İspaniyanın baş naziri Pedro Sançez ölkəsinin Qəzza zolağı və İordan çayının qərb sahili də daxil olmaqla Fələstin dövlətini tanıyacağını açıqlayıb.
News24.az "Reuters”ə istinaən xəbər verir ki, Sançes bu səhər verdiyi açıqlamada Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi qəbul edəcəklərini bildirib.
Sülhün əldə edilməsi üçün Fələstinin bir dövlət olaraq tanınmasının vacib olduğunu ifadə edən Sançez, "İspaniya 1967-ci il sərhədlərində bütün tərəflər tərəfindən qəbul edilmədikcə heç bir dəyişikliyi tanımayacaq" deyib.
Ötən həftə Norveç və İrlandiya ilə birgə bəyanatda İspaniya Fələstin dövlətini tanımaq üçün hərəkətə keçəcəklərini açıqlayıb.
Bu addıma reaksiya verən İsrail İspaniyanın Qüdsdəki konsulluğunun fələstinlilərə xidmət göstərməsini qadağan edib.
Digər tərəfdən, Norveç bu gün Fələstin dövlətini rəsmən tanıyacaq.
Günel Məlikzadə