Hamilə qadına ölmüş ərinin yatağını təmizlədən həkim işdən çıxarıldı
    • 4-11-2024, 11:22
    • 443

Hamilə qadına ölmüş ərinin yatağını təmizlədən həkim işdən çıxarıldı

Hindistanın Madhya Pradeş əyalətinin Dindori bölgəsində baş verən hadisə böyük qalmaqala səbəb olub. 

News24.az  xəbər verir ki, hamilə qadının hücuma məruz qalaraq dünyasını dəyişən ərinin qanlı xəstəxana çarpayısını təmizləməyə məcbur edildiyi iddia edilən həkim və iki tibb bacısı vəzifəsindən uzaqlaşdırılıb.

Əyalətin Lalpur Sani kəndində 40 yaşlı Şivraj Maravi və ailəsi torpaq mübahisəsinə görə qohumları da daxil olmaqla 25 nəfərlik qrup tərəfindən hücuma məruz qalıb.

Şivraj qısa müddət sonra müalicə üçün aparıldığı xəstəxanada vəfat edib. Ortaya çıxan video görüntülərdə beş aylıq hamilə olan həyat yoldaşı Roşninin ərinin ölümündən dərhal sonra qanlı xəstəxana çarpayısını təmizləməyə məcbur edildiyi görünür.

Şənbə günü Dindori Baş Tibb Mütəxəssisi hadisədə iştirak edən həkimi başqa yerə köçürmək və iki tibb bacısını işdən çıxarmaq qərarına gəlib.

Aynurə