Bakıda “Telegram”da pulla uşaq pronoqrafiyası yayan şəxsə cəza verildi
    • 4-11-2024, 15:01
    • 222

Bakıda “Telegram”da pulla uşaq pronoqrafiyası yayan şəxsə cəza verildi

"Teleqramda yazdım ki, azyaşlı uşaqların porno videosunu atsın. Bir müddət sonra 100-ə qədər uşaq porno videosunu göndərdi”.

News24.az Bakuplus.az-a istinadla bildirir ki, bu sözləri məhkəmə qarşısında uşaq pornoqrafiyasının dövriyyəsində təqsirləndirilən Cavid Hüseynov (ad şərtidir) deyib.

Belə ki, 1996-cı il təvəllüdlü Cavid Hüseynov 2022-ci il ərzində fasilələrlə "KK_2000k” adlı "Telegram” kanalının sahibi ilə razılaşma əsasında uşaq pornoqrafik videolarının təkrar dövriyyəsində yaxından iştirak edib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 171.1.2.1-ci (Uşaq pornoqrafiyasının təkrar dövriyyəsi) maddəsi ilə cinayət işi açılıb. Məhkəmə istintaqına Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baxılıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən Cavid Hüseynova ifadə vermək üçün şərait yaradılıb. O, törətdiyi əməldə özünü təqsirli bilmədiyini deyib:

Onun sözlərinə görə, 2019-cu ildə öz nömrəsi ilə "Telegram”da hesab açıb:

"Qeydiyyatdan keçdiyim "GuLieff” adlı hesabımla mütəmadi olaraq musiqi paylaşırdım. Həmin hesabı musiqi kanalı kimi istifadə edirdim.

Təxminən 3000 (üç min) nəfər kanalı izləyirdi. Hər gün orada müxtəlif musiqilər paylaşırdım. Bundan başqa, "Telegram”da bir çox qrupa üzvlüyüm də var idi. Onlardan biri də "Bədbəxt kişilər klubu” adlanan qrup idi. Həmin qrupun təxminən 20000-ə (iyirmi min) yaxın üzvü var idi. Qrupda mütəmadi olaraq paylaşılan xəbərlərə və məlumatlara baxırdım. Qrupa qoşulmaqda məqsədim də baş vermiş hadisələrdən məlumatlı olmaq idi.

23 iyun 2022-ci ildə "KAYFHUB 18+” və "X11 {KKK}” qruplarda ortaq üzvlüyü olan "Telegram” platformasında "Gtyhhg” adlı hesab "X11 {KKK}” qrupunda azyaşlı uşaqların porno videolarının olması ilə bağlı mənə yazdı. Əgər istəyən olarsa, həmin videoları göndərə biləcəyini bildirdi. Həmin şəxsə yazıb videoları atmasını xahiş etsəm də, atmadı. Bundan sonra, iyulun 6-sı yenə ona yazdım, videoları atmasını istədim. Təxminən ümumilikdə 100 məzmunda uşaqların pornosunu əks etdirən foto və videoları göndərdi”.

Cavid Hüseynov qeyd edib ki, həmin videoları 10 gün əvvəl açdığı "Telegram” hesabında saxlayıb:

"Onun göndərdiyi videoları özüm üçün təxminən həmin vaxtdan 10 gün əvvəl açdığım "DontOOO” adlı qrupda saxladım. Özümdən başqa hər hansı üzvü yox idi. Təxminən 2-3 gün sonra videolarla birlikdə həmin qrupu sildim. Həmin qrup gizli olduğu üçün heç kim ora dəvət olmasa, qoşula bilməzdi.

Bir müddət keçdi, təxminən iyulun 27-si idi. "GuLieff” adlı hesabıma "KK_2000k” adlı hesabdan ismarıc gəldi. "KK_2000k” adlı hesabla "Bədbəxt kişilər qrupu” adlı qrupda ortaq üzvlüyümüz olduğunu gördüm. Bundan sonra ismarıca daxil oldum, həmin tanımadığım şəxs xarici uşaq pornoqrafik videoları olduğunu bildirdi. Bu videolardan qarşılıqlı paylaşmağımızı təklif etdi. Həmin vaxt "Telegram”da olan "Bədbəxt kişilər klubu” və "Türki İfşa” adlı qruplardan götürdüyüm uşaq pornoqrafik videolar var idi. Elə buna görə də onunla razılaşdım. Qarşılıqlı videolar göndərməyə başladıq.

Daha sonra, uşaq pornoqrafik videoların çox olduğu üçün onları satdığını dedi. Pul göndərmək şərti ilə daha çox porno videolar atacağını bildirdi. Həmin videolar marağımı çəkdiyi üçün razılaşdım. Məbləğ isə 5 manat idi. Pulu göndərdikdən sonra davamlı olaraq videolar atdı”.

Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesini aparan tərəflərin suallarına cavab olaraq bildirib ki, 5 manat pul atdığı Kamranı şəxsi olaraq heç zaman tanımayıb və bu məsələdən başqa heç bir məzmunda söhbətləri olmayıb.

Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kamran Əliyev ifadəsində göstərib ki, ondan uşaq porno videoları istənilib:

"2022-ci ilin iyun ayında öz nömrəmlə "Telegram”da qeydiyyatdan keçib hesab açdım. Bir qrupa üzv oldum. Adını tam dəqiq xatırlamıram, amma adında "kişilər” sözü var idi. Ora çat qrupu idi, qrup üzvləri arasında müxtəlif mövzularda söhbətlər aparılırdır. Qrupda gedən yazışmaları oxuyurdum, lakin yazışmalarında iştirak etmirdim. Təxminən 10-15 gün sonra qrup yazışmasını oxuyanda adını xatırlamadığım bir nəfər qrupda türkcə "çoçuk pornoso var, kim isterse direct mesajı yazsın” məzmunlu mesaj yazmışdı. Bu mesaj diqqətimi çəkdi, yazan şəxslə əlaqə saxladım. Ona mesaj yazdım ki, videoları mənə də atsın. Təxminən 50 dənə video göndərdi. Videoları göndərəndən sonra məndən də uşaq porno videoları tələb etdi. Amma məndə elə videoların olmadığını dedim. Mənə dedi ki, heç olmasa türk pornoqrafik videolar atım. Mən də "telegram”da axtarış verdim. Bir neçəsini tapıb, ona atdım. O, mənim videomu bir neçə adama yönləndirdiyi üçün dəfələrlə mənə özlərini Türkiyə Cümhuriyyətinin vətəndaşı kimi təqdim edən şəxslər yazıb. Onlar da məndən uşaq pornoqrafiyasını əks etdirən videolar istəyirdi”.

Şahid qeyd edib ki, daha sonra bunu pul müqabilində etməyə başlayıb:

"İyunun 27-si teleqramda "X11 {KKK}” adlı qrupda "GuLieff” adlı hesabın sahibinin də uşaq pornoqrafiyasına marağı olduğunu görüb, ona yazdım. Ona təklif etdim ki, uşaq pornoqrafik videoları qarşılıqlı olaraq bir-birimizə göndərək. O da razılaşdı.

Ona təxminən 100-150 uşaq pornoqrafiyasını əks etdirən foto və videolar atdım. O da mənə eyni sayda foto və video göndərdi. Bundan sonra o, məndən əlavə video istədi. 5 manat müqabilində əlavə foto və video göndərə biləcəyimi dedim. Şəxs pulu atdıqdan sonra videoları göndərdim. Növbəti gün həmin şəxs mənə yenidən yazdı, 5 (beş) manat müqabilində uşaq porno videoları ata biləcəyimi dedim. Həmin şəxslə belə razılaşdıq ki, öncədən 3 manat ödənişi göndərsin, o da foto və videolar göndəriləndən sonra qalan 2 manatı da göndərsin. Həmin şəxs 3 manat atdıqdan sonra 100-150 ədəd uşaq pornoqrafiyasını əks etdirən foto və videoları ona göndərdim. Bundan sonra da qalan 2 manatı atdı”.

Məhkəmə istintaqı zamanı onların istifadəsində olan mobil telefonlar tədqiq edilib. Axtarış zamanı telefonlarda uşaq pornoqrafiyasına oxşar foto və videogörüntülərin göndərilməsi müəyyən olunub.

Tədqiq olunan videogörüntüdə fikir yalnız azyaşlı uşağın və kişinin cinsi-intim zonalarına yönəldiyi, cinsi ehtiras sağlam olmayan şəkildə oyadıldığı, insanın seksuallığının ayrı-ayrı momentlərinə (anlarına) cəlb edildiyi sübuta yetirilib.

Məhkəmə-psixoloji ekspertizasının rəyinə əsasən, təqsirləndirilən şəxsdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmayıb.

Sonda məhkəmənin yekun qərarı ilə Cavid Hüseynov 5 il müddətində azadlıqdan məhrum edilib. O, azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.