-
- 29-06-2019, 16:14
- 943
Beynəlxalq təşkilat rəsmiləri Bakıya gəlir
Xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edəcək.
News24.az xəbər verir ki, tədbir iştirakçıları arasında UNESKO-nun Baş Direktoru Odri Azulay, Petra Milli İnam Fondunun prezidenti, İordaniya şahzadəsi Dana Firas, Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar Naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə, Səudiyyə Ərəbistanın Mədəniyyət naziri şahzadə Bader bin Abdulla, UNESKO-nun Dünya İrs Mərkəzinin direktoru Meçtild Rössler, UNESCO təşkilatının Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone Ramirez, İrs şöbəsinin və UNESKO Ümumdünya İrs Mərkəzinin direktor müavini Lazar Elundu Assom, UNESKO-da Koreya Respublikası Daimi Nümayəndəliyinin İcraiyyə Heyətinin sədri Byong-Hyun Li, İSESKO Mədəniyyət idarəsinin direktoru Nacib Riati Salih, Kanar Adaları Hökumətinin prezidenti Fernando Klavixo Batlye var.
Qeyd edək ki, 24 iyun - 4 iyul 2018-ci il tarixlərində Bəhreyn Krallığının Manama şəhərində keçirilmiş Ümumdünya İrs Komitəsinin 42-ci sessiyası zamanı Azərbaycan Respublikası Komitəyə sədr seçilib və 2019-cu ildə Komitənin 43-cü sessiyasına Azərbaycanın ev sahibliyi etməsi qərara alınıb.