"Söz düzəldirik, qulp qoyuruq...." - Vaqif Əsədov QINADI
    • 1-07-2019, 17:03
    • 779

"Söz düzəldirik, qulp qoyuruq...." - Vaqif Əsədov QINADI

"Görmədiyim bir şey haqqında nə isə deyə bilmərəm. Amma bəzən xoşagəlməz videoların çəkib yayımlanmasının tərəfdarı oluruq. Söz düzəldirik, qulp qoyuruq".

Bu sözləri News24.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

O, süpürgəçi qadının vurulma anı ilə bağlı yayılan videoya münasibət bildiriərkən qeyd edib ki, hazırda hər kəs polisin fəaliyyəti barədə müsbət ifadələr söyləyir: "Biz öz gördüyümüz işi işıqlandıra bilmiriksə, bu o demək deyil ki, polis fəaliyyətsizlik göstərir. Polisin fəliyyətinə cəmiyyət qiymət verir. Əgər bu gün Azərbaycan cəmiyyəti polisinə arxalanırsa, bu onun xidmətidir".  

Qeyd edək ki, Bakıda avtomobillə vurulan süpürgəçi qadının vurulma anının videosu yayılıb. Baş verən qəza zamanı küçə süpürən qadın əlindəki arabasını sürərək altı zolaqlı yolu keçməyə çalışır. Bu zaman yolda hərəkətdə olan avtomobil tərəfindən vurulur. Qadın yerindəcə dünyasını dəyişir. Küçə süpürən qadını vuran da elə xanım sürücü olur. Avtomobildən düşən xanım sürücü qadının öldüyünü görərək dəhşətə gəlir və şok vəziyyətinə düşür.

Afaq Mirayiq