Məlahət Abbasova AZAL-dan şikayət etdi -
    • 2-07-2019, 15:03
    • 1 177

Məlahət Abbasova AZAL-dan şikayət etdi - "Oğrular içindəki pulu götürüb..."

Əməkdar artist Məlahət Abbasova AZAL aviaşirkətindən şikayət edib. 

News24.az xəbər verir ki, o, son bir ay ərzində təyyarədə əsasən xanımların pullarının oğurlandığını bildirib:"AZAL-da bunu da gördük. İçində pul olan əl çantalarınızı başınızın üstündəki baqaja qoymayın. Xüsusən xanımlar, siz yuxuya getdikdən sonra oğrular öz çantaları kimi baqajınızı alıb, heç kimi şübhələndirmədən içindəki pulu götürüb yenə heç bir şey olmmaış kimi yerinə qoyurlar. Son bir neçə ay içində belə hadisələr baş verib. Diqqətli olun".