-
- 2-07-2019, 17:52
- 1 006
"Rusiya casusu deyiləm" - Fuad Abbasovdan EKSKLÜZİV - VİDEO
"Mənim Rusiya casusu olmağımla bağlı deyilənlər əsassız iddiadır".
Bunu News24.az-a eksklüsiv açıqlamasında Rusiyadan deportasiya olunan jurnalist Fuad Abbasov bildirib. O qeyd edib ki, Rusiya cəsusu olan adam 40 gün boyunca təcridxanada saxlanıla bilməz: "Heç bir cinayət işi, heç bir inzibati iş açılmadan və ya əsası göstərilmədən öz vətəninə geri qaytarılmaz. Bundan əlavə, Rusiya elə bir məkandır ki, xarici jurnalistlər hər zaman müəyyən orqanların diqqət mərkəzində olur. 21 illik fəaliyyətim boyunca mənim işlərimə heç kim müdaxilə etməyib. Bundan sonra da Rusiyanın müdaxilə edəcəyinə inanmıram. Bu tamamilə əsassız iddiadır. Əgər kimlərsə hər hansı şəkildə öz fantaziyalarını mənə tətbiq etmək istəyirlərsə, onların əsası yoxdur. Belə bir şey olsaydı, ilk növbədə Azərbaycan xüsusi xidmət orqanları bilib, buna müdaxilə edərdilər. Mən hələ elə bir müdaxilə görməmişəm".
Jurnalist Rusiya prezidentinin avtomobilini idarə etməsi, onunla yaxın münasibətdə olması ilə bağlı deyilənlərə də münasibət bildirib: "Hər şey videoda var, söhbət edirik, mən şübhə ilə yanaşmışdım, ki, bu xarici maşın deyil, Nivadır. Zarafatyana söhbətimiz olmuşdu, mən bunun jurnalist fəaliyyətimə hər hansı təsiri olduğuma inanmıram. Bəlkə də onun mənimlə zarafatlaşması yadından belə çıxıb. Bu hadisələrlə bağlı da heç bir dəstək almadım, münasibət bildirmədi. Prezidentin prezident, jurnalistin jurnalist işi var".
Rusiyada biznesinin olması iddilarına da cavab verən F.Abbasov bunları deyib: "Mənim Rusiyada heç bir biznesim yoxdur, olmayıb, bundan sonra da olmayacaq. Mən 21 il Rusiyada jurnalist fəaliyyəti aparmışam. 1998-ci ildən 2016-cı ilə qədər Rusiya Xarici İşlər Nazirliyində rəsmi qeydiyyatdan keçmiş jurnalist olaraq işləmişəm. 2016-cı ildən sonra da "Misra.ru" kanalını qeydiyyatdan keçirərək müstəqil jurnalist kimi çalışmışam. 21 il müddətində müstəqil jurnalist fəaliyyətimi qorumaq üçün heç bir ticari, siyasi, ictimai təşkilatdan asılı olmamaq üçün müəyyən bir fəaliyyətlərim olub. Ailəmi saxlamaq üçün, həyat səviyəmi saxlamaq üçün fəaliyyətlərim olub, amma Rusiyada böyük biznesim, iş fəaliyyətlərim heç vaxt olmayıb".
Afaq Mirayiq
Video: Adil Ağayev