Sürücüdən deputatlara etiraz: “Axı niyə siz 8 min manat maaş almalısınız, mən 275 manat?” – VİDEO
    • 7-08-2018, 11:50
    • 1 402

Sürücüdən deputatlara etiraz: “Axı niyə siz 8 min manat maaş almalısınız, mən 275 manat?” – VİDEO

Qafqaz Ticarət” MMC-nin işçisi Hacı Mürsəl oğlu Buxsayev Milli Məclisin deputatlarına video müraciət edib.

 H.Buxsayev 275 manat maaş alıdğını və bu əmək haqqı ilə yaşamağın çətin olduğundan şikayətlənib: “Mən yük avtomobilinin sürücüsüyəm. Ölkənin ərzaq təhlükəsizliyi üçün qida məhsullarını ölkəyə daşıyıram. Gecə-gündüz işləyirəm. Mən 275 manat maaş alıram, deputat isə 8000 manat maaş alır. Axı niyə? O xalq üçün nə edir axı?”

Qeyd edək ki, “Qafqaz Ticarət” MMC “Azərsun holding” –ə daxil olan şirkətlərdən biridir.

H.Buxsayevin videomüraciətini təqdim edirik: